Üç ayda 31 bədbəxt hadisə olub, 10 nəfər ölüb

Üç ayda 31 bədbəxt hadisə olub, 10 nəfər ölüb
  25 Aprel 2017    Oxunub:1284
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2017-ci ilin birinci rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, onlardan 2 hadisə qrup halında baş verib. Qeyd olunan istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb.

İstehsalat qəzalarının daha çox tikinti və nəqliyyat, emal sənayesi və mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verib. İstehsalatla əlaqəli bədbəxt hadisələrin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə təhqiqat işləri aparılıb və aidiyyəti üzrə tədbirlərin görülməsi təmin edilib.

AzVision.az


Teqlər: ƏƏSMN   Qəza   Ölüm  





Xəbər lenti