Makron Qarabağla bağlı vəd verdi: “Ciddi səy göstərəcəyəm”

Makron Qarabağla bağlı vəd verdi: “Ciddi səy göstərəcəyəm”
  25 Aprel 2017    Oxunub:4502
"Prezident seçiləcəyim təqdirdə Qarabağ münaqişəsinin hərtərəfli həlli üçün maksimum səy göstərəcəyəm"
AzVision.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən mərasimdə Fransada prezident seçkilərinin ilk turunun qalibi Emanuel Makron bildirib.

“Təfərrüatlara varmayacağam, lakin mənim burada olmağım çox şeyi anladır. Qarabağ münaqişəsinin hərtərəfli həlli üçün maksimum səy göstərəcəyəm. Lakin sizin də bildiyiniz kimi bu problemi təkbaşına həll etmək mümkün deyil”, - deyə Makron vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Makron   Fransa   Qarabağ  





Xəbər lenti