Dollar satmağın rüsumu 500 manat oldu

Dollar satmağın rüsumu 500 manat oldu
  25 Aprel 2017    Oxunub:1465
Azərbaycanda valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya alınması üçün rüsum müəyyənləşib.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanununa dəyişiklik edilib.

Dəyişiklik barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Layihəyə əsasən, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziyanın verilməsi üçün 500 manat dövlət rüsumunun tutulması təklif edilir.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Dollar   Rüsum  





Xəbər lenti