Siyavuş Novruzov Milli Məclisdə etiraz etdi

Siyavuş Novruzov Milli Məclisdə etiraz etdi
  25 Aprel 2017    Oxunub:1723
"Valyutadəyişmə məntəqələrinin ləğvi edilməsi ilə “qara bazar” yarandı. "Qara bazar"da vətəndaşlar aldadılır və insanlar bundan əziyyət çəkir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı deyib.

Millət vəkili valyutadəyişmə məntəqələrinin bağlanmasına etiraz edib: “Axı, bu var idi, sadəcə, təkmilləşdirmək olardı. Bazar günləri bir neçə valyutadəyişmə məntəqələri fəaliyyət göstərir. Qarşısında növbə olur. Məntəqələrin ləğvi nə üçün edildi, bunun nəyi ziyan ola bilərdi? Biri bunu izah etməlidir. Valyutadəyişmə məntəqəsinin açılması üçün tələb olunan depozit düzgün qərar deyil. Çünki məntəqəni işlədənin gəliri müxtəlif ola bilər”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti