Erməni ombudsman var-dövlətini gizlədir

Erməni ombudsman var-dövlətini gizlədir
  25 Aprel 2017    Oxunub:1116
Ermənistanın Ombudsman aparatının rəhbəri Arman Tanoyanın vəsaitləri ötən il 1 milyon 250 min dram və 3790 dollar təşkil edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tanoyan ombudsman kimi üç yerdən illik 13 milyon 852 min dram gəlir əldə etdiyini bəyan edib.

Maraqldır ki, rəsmi hesabatda onun Ombudsman kimi vəzifəyə gələrkən (2016-cı ildən) mənzili və avtomobilinin olmadığı vurğulanıb. Lakin, Tanoyan 2013-cü ildə bəyan etmişdi ki, onun «Lexus RX 330» avtomobili, 15.9 milyon dram, 5500 dolar və 8500 avro vəsaiti var.

Buradan belə nəticəyə gəlmək olar ki, erməni hüquq-müdafiəçisi öz vəsaitlərini gizlədib və hazırda da gizlətməyə davam edir. Heç də onun var-dövləti rəsmi sənədlərdə qeyd olunan rəqəmləri əks etdirmir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Ombudsman  





Xəbər lenti