Sarkisyan seçicilərə verilən pulları geri istəyir

Sarkisyan seçicilərə verilən pulları geri istəyir
  25 Aprel 2017    Oxunub:1300
Ermənistanın hakim Respublika partiyasında daxili çəkişmələr davam edir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Respublikaçılar daxilində gərgin "razborkalar" gedir. Xüsusilə, seçki kapmaniyası zamanı namizədlərin partiya xəzinəsindən nə qədər pul götürməsi, nə qədər səs vəd etməsi əsas mövzu olaraq müzakirə edilir.

Araşdırmalara görə, pullar əldə edilən səslərin sayından çox rüşvət kimi paylanıb. Böyük saxtakarlıqla "qələbə" qazanan Sarkisyan ona səs gətirən respublikaçılardan bir dram dəqiqliyi ilə hesab tələb edir.

Müzakirələrin daha çox rüşvət paylanan, o cümlədən parlament seçkiləri ilə yanaşı şəhər merinə seçkilər keçirilən İrəvanda aparıldığı bildirilir.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti