Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib

Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
  25 Aprel 2017    Oxunub:3807
Milli Məclisin bu gün keçirilən plenar iclasında Bakı şəhər prokuroru Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi irəli sürülüb.
AzVision.az-ın məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihə prezidentin təqdimatı ilə Milli Məclisə daxil olub.

Məsələ səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, Bakı şəhər prokuroru Ə. Seyidovun səlahiyyət müddəti bu il başa çatıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Məhkəmə   Hakim  





Xəbər lenti