Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə!

Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə!
  25 Aprel 2017    Oxunub:1208
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu mayın 1-də başa çatır.
Ədliyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mart ayının 10-dan etibarən elan olunmuş növbəti müsabiqədə iştirakla bağlı 600-dən çox namizəd ərizə təqdim edib. Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası müsabiqədə iştirak edən hüquqşünasların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında hazırlıq kursu təşkil edəcək.

Xatırladaq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün namizədin Nazirliyə internet səhifəsindən müvafiq elektron ərizə ünvanlaması kifayətdir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.
İmtahana hazırlıqla bağlı "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdirilmişdir, habelə bu sənədlər Nazirliyə və yerli ədliyyə qurumlarına müraciət edənlərə təqdim olunur.

Test imtahanının vaxtı, yeri və digər məsələlər barədə məlumat veriləcək.
İmtahanlara hazırlıq kursunda iştirak etmək istəyən namizədlər birbaşa Nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).

Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti