Gömrükdə külli miqdarda siqaret ələ keçirilib

Gömrükdə külli miqdarda siqaret ələ keçirilib
  25 Aprel 2017    Oxunub:1038
Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
AzVision.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin ayaqaltı hissəsindən 5700, günlük hissəsindən 400, arxa səsgücləndiricilərindən 500, hava filtri boşluğundan 400 ədəd olmaqla, ümumilikdə 7000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti