Türkiyədən Trampın 24 aprel bəyanatına reaksiya

Türkiyədən Trampın 24 aprel bəyanatına reaksiya
  25 Aprel 2017    Oxunub:1088
Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın qondarma “erməni soyqırımı”ı ilə bağlı bəyanatına münasibət bildirib.
AzVision.az xəbər verir ki, bəyanatda deyilir:

“ABŞ prezidenti Donald Trampın “1915-ci il hadisələri” haqqında verdiyi yazılı bəyanatda yer alan yalan məlumat və uydurma anlayışlar illərlə erməni dairələrinin təbliğat metodlarının yaydıqları yalan məlumatların nəticəsidir. ABŞ-ın yeni administrasiyasının nifrət yaymağa meyilli dairələrin tarixi birtərəfli qaydada izah etməsinin tərəfdarı olmayacağını və bütün tərəflərin kədərini nəzərə alan yanaşmanı üstün tutacağını gözləyirik”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 24 aprel bəyanatında 1915-ci il hadisələrini “erməni soyqırımı” yox, “böyük fəlakət” adlandırıb.

AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Ankara   XİN  





Xəbər lenti