Tramp Azərbaycana maliyyə yardımını dayandırır

Tramp Azərbaycana maliyyə yardımını dayandırır
  25 Aprel 2017    Oxunub:6067
Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf edən ölkələrə ayrılan maliyyə yardımı azaldılacaq və ya ümumiyyətlə ləğv ediləcək. AzVision.az “Foreign Policy”-yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində qeyd edilib.
Sənədə əsasən Dövlət Departamentinin xətti ilə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə ayrılan maliyyə yardımı dayandırıla bilər Ermənistan ayrılan maliyyə yardımı isə 77,3%, Moldova, 47,4 %, Ukraynaya 68,6 % azaldılacaq.

Sənəddə, həmçinin xaricdə layihələrin həyata keçirilməsi ilə məşğul olan Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyinin Dövlət Departamenti ilə birləşdirilməsi də nəzərdə tutulub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Tramp   Azərbaycan   ABŞ  





Xəbər lenti