Avropadan ABŞ-a uçan təyyarələrə qadağa qoyulur

Avropadan ABŞ-a uçan təyyarələrə qadağa qoyulur
  25 Aprel 2017    Oxunub:2553
ABŞ hökuməti Böyük Britaniya və Avropanın digər şəhərlərindən uçan təyyarələrin salonlarına elektron avadanlıqların keçirilməsini qadağan etmək istəyir. AzVision.az Guardian-a istinadən xəbər verir ki, qadağa ABŞ-ın bir müddət əvvəl bir sıra Yaxın Şərq ölkələri ilə bağlı qəbul etdiyi qərara bənzəyir.
Avropadan gələn təyyarələrdə planşet, elektron kitablar və noutbukların salona keçirilməsini qadağan etmək səbəbləri məlum deyil.Bu tədbirlərin Amerika aviaşirkətlərinə pis təsir edəcəyi gözlənilir.

Xatırladaq ki, martın sonunda Amerika hökuməti Misir, İordaniya, Qətər, Küveyt, Mərakeş, Türkiyə, Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından ABŞ-a uçan təyyarələrdə salona mobil telefondan böyük elektron avadanlıqların keçirilməsini qadağan etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Avropa   ABŞ  





Xəbər lenti