Deputatın oğluna hökm oxundu - 27 il həbs (VİDEO)

Deputatın oğluna hökm oxundu - 27 il həbs (VİDEO)
  22 Aprel 2017    Oxunub:4728
ABŞ-ın Vaşinqton ştatının Sietl şəhər məhkəməsi Rusiya Dövlət Dumasının deputatı Valeri Seleznyovun oğlu Roman Seleznyovu 27 il müddətinə azadlıqdan məhrum edib.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, o kiberfırıldaqçılıqda ittiham olunur.

Bundan başqa ABŞ-ın daha iki ştatı R. Seleznyova qarşı ittiham irəli sürəcək. Rusiyalı hakerin vəkili İqor Litvak hökmdən apelyasiya şikayəti verəcəyini bəyan edib.

R. Seleznyov 2014-cü ilin iyulunda istirahət etdiyi Maldiv adalarında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və Amerikaya gətirilib. Onun atası, Liberal Demokrat Partiyasının deputatı Valeri Seleznvoy oğlunun ABŞ tərəfindən oğurlandığını bildirib.

Ona qarşı irəli sürülən ittihamda qeyd olunub ki, rusiyalı haker 3 milyona yaxın kredit kartının nömrələrini oğurlayaraq ümumilikdə ABŞ-a 170 milyon dollar zərər vurub.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Deputat   Həbs  





Xəbər lenti