Hərbi bazaya hücum olub: 50-dən çox insan ölüb

Hərbi bazaya hücum olub: 50-dən çox insan ölüb
  22 Aprel 2017    Oxunub:1524
“Taliban” yaraqlıları Əfqanıstanın Məzari-Şərif şəhəri yaxınlığında yerləşən hərbi bazaya hücum edib.
AzVision.az "RİA Novosti"yə istinadən bildirir ki, hücum zamanı 50-dən çox insan həlak olub.

ABŞ hərbi komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas faktı təsdiqləyib: “İlkin məlumata görə, hücumun hədəfi əfqan hərbçilərinin və ola bilsin ki, bazada işləyən mülki şəxslərin toplaşdığı məscid və yeməkxana olub”.

Onun sözlərinə görə, hücum edənlərin bir neçəsi cavab atəşi ilə öldürülüb.

Hücum zamanı ABŞ koalisiyasının hərbi qulluqçularının zərər çəkmədiyi bildirilir.

AzVision.az


Teqlər: Əfqanıstan   Taliban   Hücum  





Xəbər lenti