O, Rusiyanın ən zəngin qadınıdır - Sabiq merin 3-cü arvadı

O, Rusiyanın ən zəngin qadınıdır - Sabiq merin 3-cü arvadı
  22 Aprel 2017    Oxunub:2071
Moskvanın sabiq meri Yuri Lujkovun həyat yoldaşı Yelena Batirina Rusiyanın ən zəngin qadını seçilib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalının reytinq siyahısında qeyd olunub.

Məlum olub ki, Yelena Rusiyanın ən zəngin 200 adamından biri, qadınlar arasında isə birincidir. Onun 1 milyard dollar sərvətinin olduğu bildirilir.

İş adamı Dmitri Rıbolovlevin xanımı Yelena Rıbolovleva isə Rusiyanın ikinci ən zəngin qadınıdır. Onun 600 milyon dolar sərvəti var.

Qeyd edək ki, Yuri Lujkov 1992-2010 illərdə (18 il) Moskvanın meri olub. Yelena Batirina onun üçüncü həyat yoldaşıdır.

AzVision.az





Teqlər: Rusiya   Moskva   Forbes  





Xəbər lenti