Karapetyanın biznes tələsi - Sahibkarlar etiraza qalxdı

Karapetyanın biznes tələsi - Sahibkarlar etiraza qalxdı
  21 Aprel 2017    Oxunub:1350
Ermənistanın baş naziri Karen Karapetyan "Petak", "Surmalu", Arrinc mol" kimi böyük ticarət mərkəzlərində yoxlamaların aparılması haqda vergi orqanlarına tapşırıq verib.
AzVision.az erməni KİV-lərinə istinadən bildirir ki, Karapetyanın təlimatı əsasında vergi müfəttişləri həmin ticarət mərkəzlərinə gedərək, işçiləri yerli-yersiz cərimələyir, hətta təhdid etməkdən belə çəkinmirlər.

Əsas məsələ sahibkarları baş nazirin özünün Samvel Karapetyanın vasitəsilə tikdirdiyi yeni ticarət mərkəzinə gətirmək istəyidir.

Xatırladaq ki, Karapetyanın bu addımı ticarətçilərin etirazına səbəb olub. Onlar Ermənistanın hökümət binasının qarşısında etiraz edərək Karapetyanın aşağı enməsini tələb ediblər.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Karapetyan   Baş-nazir  





Xəbər lenti