Sarkisyan Abramyanın ümidlərini puç etdi

16:27   21 Aprel 2017    Oxunub: 526

Sarkisyan keçmiş baş nazir Abramyanın üzünə bütün qapıları bağlayıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ovik Abramayan may ayına qədər aktivliyi artıracaq və hakimiyyət orqanlarına açıq şəkildə mesajlarını göndərəcək.

Abramyan yenidən Respublikaçıları razı salmağa çalışır ki, onun hələ geri çəkilmək niyyəti yoxdur. O, öz neytrallığını saxlamaqla yenidən Sarkisyanla birgə işləyəcəyinə ümid edir.

Lakin, məlumatalara görə, bu dəfə onun ümidləri boşa çıxıb, çünki Sarkisyan bütün qapıları onun üçün bağlayıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Abramyan    




Rubrikanın digər yazıları