Gənclər iqlim dəyişikliyinə qarşı

Gənclər iqlim dəyişikliyinə qarşı
  21 Aprel 2017    Oxunub:2181
“Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ““Gənclər iqlim dəyişikliyinə qarşı” maarifləndirmə kampaniyası” adlı layhənin icrasına başlayıb.
AzVision.az xəbər verir ki, layihə çərçivəsində iqlim dəyişikliyi probleminin aktuallığını üzə çxaran və bu problemin həlli üçün insanların, o cümlədən gənclərin səfərbər olunmasının zəruriliyini diqqətə çatdıran sosial çarxın çəkilişi planlaşdırılır.

Sosial çarxın çəkilişi üçün prodakşn şirkətlərlə danışıqlar aparılır. Eyni zamanda sosial çarxın ssenari üzərində iş aparılır. Ssenari hazır olduqdan və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xüsusi Ekspert qrupunun rəyi alındıqdan sonra çəkilişlərə başlanması nəzərdə tutulur. Sosial çarx çəkildikdən sonra onun yerli və beynəlxalq təşkilatların ekspertlərinin, dövlət və ictimai qurumların nümayəndələri və gənclərin iştirakı ilə təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

AzVision.az


Teqlər: GəncNovatorlar   layihə  





Xəbər lenti