Ohanyan Rusiyaya köçür - Şoyqu ona vəzifə verəcək

14:04   21 Aprel 2017    Oxunub: 496

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bu günlərdə Rusiyaya gedib. Onun Ermənistanı birdəfəlik tərk edəcəyi bildirilir.

AzVision.az xəbər verir ki, bu barədə "Jamanak" nəşri məlumat yayıb.

İddia olunur ki, Ohanyan Rusiyada keçirdiyi görüşlərdən sonra siyasi platforma ilə vidalaşacaq və bu ölkədə yaşayacaq. Hətta Ohanyanın Rusiya ordusunda xidmət edəcəyi də istisna edilmir.

Məlumata görə, Ohanyan vaxtilə həmkarı olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə sıx təmasdadır.

Digər bir iddiaya görə, Ohanyan rus ordusunun təhsil müəssisələrinin birinə rəhbərlik edəcək.

Şahin Qocayev
AzVision.az

Teqlər: Ermənistan   Ohanyan   Rusiya   Şoyqu    


Rubrikanın digər yazıları