Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi

Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi
  21 Aprel 2017    Oxunub:1250
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bir müddət əvvəl vəzifəsindən azad edilən 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirova yeni vəzifə verilib.

O, 1 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib.

8 saylı cəzaçəkmə müəssisəsinin rəisi Qaçay Aslanov isə təqaüdə göndərilib. 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilən Rövşən Niyazov 8 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.

AzVision.az


Teqlər: PenitensiarXidmət   Həbsxana   Rəis  





Xəbər lenti