Erməni nazir kriminal avtoritetlərə "atıb"

Erməni nazir kriminal avtoritetlərə "atıb"
  21 Aprel 2017    Oxunub:1881
Ermənistanda keçirilən parlament seçkiləri zamanı keçmiş nəqliyyat və kommunikasiya naziri Qaqik Beklaryan öz oğlu Hakop Beklaryanın xeyrinə veriləcək səslərin qarşılığında müxtəlif kriminal qruplaşmaların üzvlərini həbsdən azad edəcəyi haqda vədlər verib.
AzVision.az xəbər verir ki, bu barədə "Jamanak" qəzeti məlumat yayıb. Bildirilib ki, kriminal aləmin üzvləri həbsdə olan "qardaşlarının" azadlığı üçün hətta, ABŞ-da olan cinayətkarları da dəvət ediblər.

Lakin seçkilərdən sonra Qaqik Beklaryan öz vədlərindən heç birini yerinə yetirməyib və heç kim azadlığa buraxılmayıb.

Kriminallar keçmiş nazirdən öz vədini yerinə yetirməsini tələb edir. Əsk təqdirdə sabiq nazir "vor-zakon" qanunları ilə cəzalandırılacaq.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Kriminal  





Xəbər lenti