Peterburq terrorunda ölənlərin sayı 16-ya çatdı

12:31   21 Aprel 2017    Oxunub: 263

Sankt Peterburqda metroda törədilmiş partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb.

AzVision.az xəbər verir ki, bu barədə Peterburqun vitse-qubernatoru Anna Mityanina “Twitter” hesabında yazıb.

Belə ki, 21 aprel tarixində səhər 06:05 radələrində xəstəxanada müalicə alan 1960-ci il təvəllüdlü qadın vəfat edib. O, qeyd edib ki, hazırda terror aktı nəticəsində xəsarət alan 24 nəfər müxtəlif xəstəxanalarda müalicə alır.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: SanktPeterburq   terror    




Rubrikanın digər yazıları