Tovuz sakini qardaşını güllələyib

12:06   21 Aprel 2017    Oxunub: 246

Aprelin 20-də Tovuz rayonunun İbrahimhacılı kəndində kənd sakini olan 15 yaşlı yeniyetmə ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən qardaşı, Rusiya vətəndaşı Sərxan İsmayılov xəsarət alıb və hadisə yerində ölüb.

AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

AzVision.az

Teqlər:


Rubrikanın digər yazıları