Qadını şantaj edən şəxs tutuldu

Qadını şantaj edən şəxs tutuldu
  21 Aprel 2017    Oxunub:1239
Bakıda qadını şantaj edən şəxs tutulub.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, aprelin 17-də Nərimanov rayonu ərazisində Mingəçevir şəhər sakini Pünhan Abdullayev Bakı şəhər sakini olan bir qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan 1500 manat pul alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti