Karapetyanın "sevimli" naziri işdən çıxarılır

Karapetyanın "sevimli" naziri işdən çıxarılır
  21 Aprel 2017    Oxunub:4221
Ermənistanın ədliyyə naziri Arpine Hovhannisyan yeni formalaşdırılan parlamentə daxil olmaq istəyir.
AzVision.az "Haykakan jamanak" qəzetinəə istinadən xəbər verir ki, bu günə qədər onun Ermənistan parlamentinin vitse-spiker vəzifəsinə, həmçinin Dövlət Hüquq Komitəsinin sədri təyin edilməsi müzakirə edilirdi. Belə ki, həmin vəzifə Hovannes Sahakyanın ayrılmasından sonra boş qalacaq.

Problem odur ki, əgər Arpine Hovhannisyan yeni formalaşan parlamentdə bu dəfə də ədliyyə naziri kimi təyin edilsə, bir il sonra yenidən istefa verməli olacaq, çünki həmin vaxt Serj Sarkisyanın prezidentlik müddəti başa çatacaq. Bununla yanaşı hökümət səlahiyyələrinin müddəti bitəcək və həmin orqan baş nazirin rəhbərliyi ilə istefaya gedəcək.

Bu vəziyyətdə Karapetyanın "sevimli" nazirinin yenidən təyin edilib-edilməməsi məlum deyil. Bu baxımdan o, ya vitse-spiker, ya komissiya sədri, ya da sıravi deputat olaraq parlamentə daxil olacaq və növbəti beş il müddətində bu vəzifədə qalacaq.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Karapetyan  





Xəbər lenti