Dortmunddakı terrorun səbəbi məlum oldu

Dortmunddakı terrorun səbəbi məlum oldu
  21 Aprel 2017    Oxunub:998
Almaniyanın Dortmund şəhərində “Borussiya” futbolçularını stadiona aparan avtobusun yaxınlığında baş verən partlayışa görə 28 yaşlı Rusiya vətəndaşı saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Məlumata görə, Sergey.B adlı şəxs hesab edib ki, futbolçulara hücumundan sonra klubun səhmlərinin dəyəri düşəcək.

Qeyd olunub ki, Sergey “Borussiya” futbolçularının olduğu avtobusa hücumdan bir neçə saat əvvəl “L Arrivee” otelindən öz “IP-adresi” vasitəsilə klubun 15 min səhmini 78 min avroya alıb. Bu, hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Əməliyyatın baş verdiyi bank şübhəli sövdələşmə barədə polisə məlumat verib. Nəşr bildirib ki, əgər partlayışdan sonra klubun səhmləri kəskin şəkildə aşağı düşsəydi, Rusiya vətəndaşı 3,9 mln. avro qazana bilərdi.

Artıq Baş Prokurorluq rəsmi saytında Almaniyanın "Borussiya" futbol klubunun avtobusuna hücum barədə açılmış cinayət işi üzrə 28 yaşlı, əslən Rusiyadan olan vətəndaşın həbs edildiyini təsdiqləyib. Onun ikili vətəndaşlığı olduğu deyilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Almaniya   Partlayış   Borussiya  





Xəbər lenti