Ermənistanın müdafiə nazirinin müavinləri dəyişdi

11:06   21 Aprel 2017    Oxunub: 827

Ermənistanda müdafiə nazirinin müavinlərinin təyinatı məsələsi parlamentin səlahiyyətlərinin bitməsi ilə əlaqədar gecikir. AzVision.az xəbər verir ki, bu barədə aprelin 21-də keçirilən mətbuat konfransında Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.

Qeyd edək ki, daha öncə nazir müavini vəzifələrinə Ardak Zakaryan və Ardak Davtyanın təyin ediləcəyi bildirilirdi.

Erməni nazirin sözlərinə görə, onların hər ikisi faktiki olaraq hazırda işləyir və təyinat məsələləri həll edilib.

"Parlament funksiyalarının başa çatdıqdan sonra rəsmi təyinat olacaq"- deyə V.Sarkisyan vurğulayıb.

Şahin Qocayev
AzVision.az

Teqlər: Ermənistan   VigenSarkisyan    




Rubrikanın digər yazıları