Aİ Britaniyanı geri qaytarmağa çalışır

10:45   21 Aprel 2017    Oxunub: 222

“Əgər qarşıdan gələn növbədənkənar parlament seçkilərində britaniyalılar yeni hökuməti seçsələr və fikrilərini dəyişsələr Avropa İttifaqı “Brexit”in icrasına başlayan Böyük Britaniyanı yenidən məmnuniyyətlə geri qəbul etməyə hazırdır”.

AzVision.az-ın “The Guardian”a istinadən verdiyi məlumata görə, bunu Avropa Parlamentinin prezidenti Antonio Tayani bildirib.

“Əgər Böyük Britaniya seçkilərdən sonra geri qayıtmaq istəsə, prosedur çox sadə olacaq. Britaniya qalmaq istəsə bu, hamının xeyrinə olardı. Mən də çox məmnun olardım”.

Qeyd edək ki, aprelin 19-da Britaniya parlamenti ölkədə növbədənkənar ümumi seçkilərin keçirilməsi barədə hökumətin təklifini dəstəkləyib.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Brexit      


Rubrikanın digər yazıları