Avroliqada yarımfinalçılar bəlli oldu - Video

Avroliqada yarımfinalçılar bəlli oldu - Video
  21 Aprel 2017    Oxunub:2010
Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub.
AzVision.az-ın məlumatına görə, keçirilən 4 oyunla yarımfinalçılar bəlli olub.

“Beşiktaş” doğma meydanda “Lion”u qəbul edib. Fransada keçirilən ilk görüşdə 1:2 hesabı ilə uduzan “qara qartallar” matçın əsas vaxtını eyni hesablı üstünlüklə başa vurub. Əlavə vaxtda qapılara qol vurulmadığından qalib oyun sonrası pelantilərlə müəyyənləşib. Burada daha dəqiq oynayan qonaqlar 6:7 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.



“Mançester Yunayted” səfərdə 1:1 hesablı bərabərə qaldığı “Anderlext”i evdə qəbul edib. Bu oyunda da əvvəlki matçda olduğu kimi əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Qırmızı şeytanlar”ı əlavə vaxtda 1 qol vuraraq yarımfinala adlayıb.



“Ayaks” isə evdə 2:0 hesabı ilə qalib gəldiyi “Şalke”nin qonağı olub. Matçın əsas vaxtı 2:0 hesabı ilə meydan sahiblərinin üstünlüyü ilə başa çatdığından mərhələ adlayacaq tərəfin adının müəyyən olunması üçün əlavə vaxt oynanılıb. Uzatma dəqiqələrində almanlar daha bir qol vurublar. Ancaq sonradan özündə güc tapan hollandlar iki qol vuraraq mərhələ adlamağı bacarıblar.



"Selta" isə “Genk”ə şans tanımayıb. İlk matçda 3:2 hesablı qalibiyyətə sevinən ispanlar, səfərdə 1:1 hesablı bərabərliyə razılaşıblar. Beləliklə də “Selta” yarımfinala vəsiqə qazanıb.



Qeyd edək ki, Avropa Liqasının yarımfinalının püşkü bu gün Bakı vaxtı ilə 15:00-da atılacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər: AvropaLiqası   Futbol  





Xəbər lenti