“Günəşli”də yeni quyu istismara verilib

09:42   21 Aprel 2017    Oxunub: 469

“Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündən 317 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2763-2733 metr intervaldan sutkalıq 120 ton neft və 10 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

AzVision.az

Teqlər: Günəşli    




Rubrikanın digər yazıları