Bakıda 3 otaqlı ev yanıb

Bakıda 3 otaqlı ev yanıb
  21 Aprel 2017    Oxunub:1192
Paytaxtda 3 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Yüksək temperaturdan digər 2 otağın tavanı 45 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Bakı   FHN   Yanğın  





Xəbər lenti