Parisdə terror törədildi - Ölən və yaralılar var (VİDEO)

09:05   21 Aprel 2017    Oxunub: 606

Parisin “Yelisey Çölləri” prospektində silahlı şəxs polis əməkdaşlarına hücum edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı ölüb, üç polis isə yaralanıb.

Silahlı şəxs zərərsizləşdirilib.

Fransa prezidenti Fransu Olland hadisə ilə bağlı təhlükəsizlik şurasının iclasının keçiriləcəyini bildirib. O, hadisənin terror aktı olduğunu açıqlayıb.

Məlumata görə, İŞİD terror aktını öz üzərinə götürüb.



AzVision.az

Teqlər: İŞİD   Paris   Terror    




Rubrikanın digər yazıları