Əhmədinejad yenidən prezident ola bilməyəcək

Əhmədinejad yenidən prezident ola bilməyəcək
  21 Aprel 2017    Oxunub:1436
Aprelin 20-də İranın Konstitusiyaya Nəzarət Şurası mayın 19-da keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən namizədlərin siyahısını müəyyənləşdirib.
İranın Daxili İşlər Nazirliyində yaradılmış Mərkəzi Seçki Qərargahında qeydə alınan 1600-dən çox namizəddən siyahıda yalnız 6 nəfərin adı saxlanılıb.

Hazırki prezident Həsən Ruhaninin, İshaq Cahangirinin, Məhəmməd Bağır Qalibafın, Haşemi Təbanın, İbrahim Rəisinin, Miri Səliminin namizədlikləri təsdiqlənib.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad seçkilərində iştiraka buraxılmayıb.

AzVision.az


Teqlər: İran   Seçki  





Xəbər lenti