“Ovçular evi”nin yerində park salınır - FOTOLAR

21:32   20 Aprel 2017    Oxunub: 12434

Bakının Mətbuat prospektində yerləşən "Ovçular evi"nin yerində mədəniyyət və istirahət parkı salınır.

AzVision.az-ın məlumatına görə, torpaq sahəsi dörd bir tərəfdən hasara alınıb. Bakı Şəhər İcra Hakimiyyətinin ağır texnikası və briqaları işə cəlb olunub. Hazırda ərazidə təmizləmə işləri aparılır.



İş icraçısının bildirdiyinə görə, köhnə tikilinin qalıqları ərazidən götürülür. Təmizləmə başa çatandan sonra "Ovçular evi"nin yerində müasir istirahət partı tikiləcək.



Qeyd edək ki, bir neçə gün əvvəəl prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.



Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.

Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

















Foto: Elvin Abdulla
AzVision.az

Teqlər: Bakı   OvçularEvi   BŞİH   Park    




Rubrikanın digər yazıları