Ərdoğan Trampla görüşünün vaxtını açıqladı

Ərdoğan Trampla görüşünün vaxtını açıqladı
  20 Aprel 2017    Oxunub:2287
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla görüşünün vaxtını açıqlayıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan görüşün mayın 16-17-də keçiriləcəyini bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, görüş barədə razılaşma bu yaxınlarda baş tutmuş telefon danışığı zamanı əldə olunub.

Xatırladaq ki, Türkiyə XİN-in başçısı xarici işlər naziri Mövlud Çavuşoğlu dünən ölkəsinin lideri Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın may ayında, NATO-nun sammitinə qədər görüşəcəyinə dair açıqlama vermişdi.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   ABŞ   Tramp  





Xəbər lenti