Ötən gün 95 cinayət faktı qeydə alınıb

Ötən gün 95 cinayət faktı qeydə alınıb
  20 Aprel 2017    Oxunub:999
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər tutulub.


Teqlər: DİN   Cinayət   Həbs   Ölüm  





Xəbər lenti