Şəkidə mikroavtubus aşdı - 17 yaralı (Video)

18:28   20 Aprel 2017    Oxunub: 1619

Bu gün günorta saatlarında Şəki-Mingəçevir marşurut xətti üzrə hərəkət edən mikroavtobus aşıb. Şəki ərazisində baş verən qəza xoşbəxtlikdən faciə ilə nəticələnməyib.

AzVision.az ARB-yə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəddi magistral yolunun 32-ci km-də Şəkinin Cəfərəbad kəndi ərazisində qeydə alınıb.

Şəkinin Şin kənd sakini Mürşüdov Rakif Fərhad oğlu idarə etdiyi 10-VR-843 dövlət nömrə nişanlı Mersedes markalı mikroavtobusla Mingəçevir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə içində 15-ə yaxın sərnişin olan mikroavtobus yoldan çıxaraq təxminən 7 metr dərinlikdə dərəyə aşıb. Sürücü daxil olmaqla avtomobildə olan sərnişinlərin əksəriyyəti yüngül xəsarətlərlə qəzadan xilas ola biliblər.

Ruhiyyə Yusifova (xəsarət alan şəxs): "İki qızımla oturmuşduq. Sürət də az idi. Birdən partlayış kimi səs çıxdı. Gözümüzü açanda yerdə gördük özümüzü.

Qəza yerinə dərhal həkim briqadası və FHN-nin xilasediciləri cəlb olunub. Sərnişinlərdən Eyvazova Gülqədəm İsabala qızının vəziyəti ağır, Bayramova Zülfiyyə Əlihüseyn qızının vəziyyəti isə orta ağır qiymətləndirilir. İlkin məlumatlara görə, qəzaya səbəb avtomobilin yükgötürmə asqısının qırılması olub.

Faktla bağlı Baş Dövlət yol polisinin Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.



AzVision.az

Teqlər: Şəki   Qəza   Avtobus    




Rubrikanın digər yazıları