“Qərbdə heç kimə lazım deyilik” - Lukaşenko

16:21   20 Aprel 2017    Oxunub: 522

“Biz öz yerimizi yaxşı bilirik. Qərbdə heç kimə lazım deyilik. Qərbdə, məni necə “sevdiklərini” bilirəm. O vaxtdan heç nə dəyişəməyib”. AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Dövlət başçısı qeyd edib ki, Belarus Avropanın mərkəzində yerləşir və çoxşaxəli siyasət aparmağa məcburdur:

“Vətəndaşlarımızın, o cümlədən Rusiya vətəndaşlarının normal yaşamı üçün ölkənin təhlükəsizliyini, suverenliyini, müstəqilliyini, sabitliyini qoruyub saxlamaq lazımdır. Belarus nə Qərb, nə Rusiya, nə də Ukrayna ilə münaqişə etmək istməir”.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Belarus   Rusiya   Lukaşenko    




Rubrikanın digər yazıları