Bakıda münaqişə: Ölən var, polisin vəziyyəti ağırdır

13:23   20 Aprel 2017    Oxunub: 961

Bakıda keçmiş məhkum polis əməkdaşların üzərinə kimyəvi məhlul atıb.

AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 19-da Yasamal rayonunun Azərbaycan prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron rayon sakini Nailə Sadıqova arasında münaqişə baş verib. Bu zaman N.Sadıqova həmin ərazidə xidmətdə olan Yasamal Rayon Mühafizə İdarəsinin iki əməkdaşını köməyə çağırıb. Polis əməkdaşları E.İbrahimovu intizama dəvət edərkən o, əlindəki şüşə qabda olan kimyəvi məhlulu polis əməkdaşlarının və qadının üzərinə atıb, məhlulun qalan hissəsini isə özü içib.

Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E.İbrahimov orada ölüb. Polis əməkdaşlarından birinin vəziyyəti orta ağırdır, digərinə və N.Sadıqovaya tibbi yardım göstərildikdən sonra buraxılıblar. Rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az

Teqlər: DİN    




Rubrikanın digər yazıları