Şeyx Gürcüstana gedir

Şeyx Gürcüstana gedir
  20 Aprel 2017    Oxunub:1435
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Gürcüstana səfərə yola düşəcək.
Bu barədə AzVision.az-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə görüşəcək.

Şeyxülislam A.Paşazadənin səfər müddətində Gürcüstanda yaşayan Azərbaycanlı icmasının üzvləri ilə görüşü nəzərdə tutulur.

AzVision.az


Teqlər: QMİ   Şeyx   Gürcüstan  





Xəbər lenti