Ukrayna və İran arasında Azərbaycanla bağlı razılıq

Ukrayna və İran arasında Azərbaycanla bağlı razılıq
  20 Aprel 2017    Oxunub:1180
Ukrayna və İran kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə daşınması barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumatında bildirilib ki, qatar marşrutu Gürcüstan və Azərbaycan ərazisindən keçəcək. İlk qatarın bu ilin yayında yola düşəcəyi gözlənilir və test xarakteri daşıyacaq.

“Ukrayna Avropa, Asiya və Şərq arasında etibarlı tranzit körpü rolunu oynamaq üçün yeni beynəlxalq nəqliyyat dəhlizlərini inkişaf etdirmək istəyir”.

AzVision.az


Teqlər: İran   Azərbaycan   Ukrayna  





Xəbər lenti