Ohanyan yeni partiya yaradır

Ohanyan yeni partiya yaradır
  20 Aprel 2017    Oxunub:1266
Seyran Ohanyan "öz oyununa" başlayıb. 2 senari müzakirə edilir.
"Jamanak" qəzetinin verdiyi məlumata görə, Ermənistanın keçmiş müdafiə naziri, "ORO" ittifaqının təmsilçisi Seyran Ohanyan gələcəkdə özü üçün siyasi partiya yaratmaq istəyir. Bu məqsədlə hazırda iki ssenari müzakirə edilir.

İlkin olaraq Ohanyan, Oskanyan və Ovanisyanın rəhbərlik etdiyi partiyaların nümayəndələri ilə dostluq əlaqələri saxlayacaq və daha sonra partiyasını yaradacaq.

Çox güman ki, Ohanyan öz ətrafına keçmiş döyüşçüləri yığacaq. Artıq bunlardan bir neçəsi ORO ittifaqından öz namizədliyini irəli sürmüşdü.

İkinci variant, "ORO" partiyaya çevrilir, Ohanyan isə onun sədri olacaq. Bildiyimiz kimi, "İrs" və "Birlik" partiyalarının liderləri, Raffi Ovanisyan və Vardan Oskanyan aktiv siyasəti tərk etmək haqqında düşünür. Belə ki, əgər Ohanyan "ORO" ittifaqının sədri olmağa razılaşmasa, ittifaq partiyaya çevrilməyəcək, "İrs" və "Birlik" partiyaları isə ayrılıqda fəaliyyət göstərəcək.

Ohanyanın komanda yoldaşları onun "ORO"ya rəhbərlik etməsini istəmirlər. Onlar yeni partiya yaratmağın tərəfdarıdırlar. Çox güman ki, seçki sonrası qarışıqlıqdan sonra keçmiş müdafiə naziri son qərarını verəcək. O, ya "öz oyununu" quracaq, ya da "ORO"nun qalıqları əsasında partiya sədri olacaq.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Ohanyan  





Xəbər lenti