"Nemtsovu Allah rizası üçün öldürdüm" - Yeni video yayıldı

"Nemtsovu Allah rizası üçün öldürdüm" - Yeni video yayıldı
  20 Aprel 2017    Oxunub:14995
Rusiyada müxalifət lideri Boris Nemtsovu qətlə yetirən çeçen Zaur Dadayevin istintaq zamanı çəkilən videogörüntüləri yayılıb. AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Dadayev ilkin ifadəsi zamanı Nemtsovu qətlə yetirdiyini etiraf etsə də, sonradan təzyiqlərə məruz qalaraq qətli üstünə götürdüyünü demişdi.
Bu gün yayılan görüntülər isə onun dediklərini tamamilə təkzib edir. Dadayev sərbəst ifadə zamanı Nemtsovu Allah rizası üçün öldürdüyünü deyib. O, törətdiyi qətlə görə heç kimdən pul almadığını söyləyib.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov 2015-ci ilin fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.



AzVision.az


Teqlər: Rusiya   Nemtsov   Qətl  





Xəbər lenti