“NAZ-Lifan”ın istehsalı dayanıb? - Rəsmi açıqlama

“NAZ-Lifan”ın istehsalı dayanıb? - Rəsmi açıqlama
  20 Aprel 2017    Oxunub:8243
Ölkəmizdə fəaliyyət göstərən bəzi informasiya saytları Naxçıvan Avtomobil Zavodunda istehsalın dayandırılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “NAZ-Lifan” avtomobillərinin istehsalının dayandırılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır. Belə ki, cari ilin ötən dövründə Naxçıvan Avtomobil Zavodunun istehsal sahəsində yenidənqurma işləri aparılıb, bu səbəbdən də istehsal prosesində planlaşdırılmış fasilə yaranıb. 2017-ci ilin birinci rübündə müəssisə tərəfindən “NAZ-Lifan 820” və “Naz-Lifan 620” modellərinin satışı həyata keçirilib.

Əgər zavodda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda 15 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilir. Müəssisə tərəfindən avtomobillərin xarici ölkələrə ixracının genişləndirilməsi istiqamətində də iş aparılır.

AzVision.az


Teqlər: Naxçıvan   NAZ-LİFAN   Avtomobil  





Xəbər lenti