Gömrükdə siqaret və telefon əməliyyatı

Gömrükdə siqaret və telefon əməliyyatı
  19 Aprel 2017    Oxunub:1376
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5600 ədəd "Golden gate" markalı siqaretlər aşkar edilib.

Həmçinin eyni istiqamətdə ölkəmizə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki sərnişinin çantasından gömrük orqanına bəyan edilməyən 3 ədəd "Samsung Galaxy J1", 4 ədəd "Samsung Galaxy J1 mini Prime", 9 ədəd "Samsung Galaxy J1 Ace", 5 ədəd "Samsung Galaxy J2", 2 ədəd "Samsung Galaxy J3" markalı, ümumilikdə 23 ədəd mobil telefon aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Siqaret   Telefon  





Xəbər lenti