Mənzil bazarında vəziyyət necədir? - Hesabat

Mənzil bazarında vəziyyət necədir? - Hesabat
  19 Aprel 2017    Oxunub:3554
2017-ci ilin I rübü ərzində Bakı şəhərində təkrar yaşayış mənzil bazarı üzrə 13 layihədə ümumi olaraq 7 390 ədəd mənzil satışa təklif olunub. Bu da öz növbəsində, ötən ilin sonuncu rübü ilə müqayisədə 4.41% azdır.
AzVision.az xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin hesabatında qeyd edilib. Hesabatda bildirilib ki, cari rübdə ekonom-sinfinə aid olan təkrar yaşayış mənzillərinin sayı ötən ilin IV rübünə nisbətən 1.78% artaraq 5320 ədəd təşkil edib ki, bu da öz növbəsində ümumi təklif portfelinin 72% deməkdir.

Cari rübdə komfort-sinfinə aid olan təkrar yaşayış mənzillərinin sayı ötən ilin IV rübünə isbətən 0.76% azalaraq 1551 ədəd, biznes-sinfinə aid olan təkrar yaşayış mənzillərinin sayı ötən ilin IV rübünə nisbətən 1% azalaraq 519 ədəd, təkrar yaşayış mənzil bazarında sırf yaşayış məqsədi ilə alınan mənzillərin sayı ötən rüblə müqayisədə 0.6% artaraq 86.4% təşkil edib.

Təkrar mənzil bazarında təklif edilən mənzillərin otaq strukturna gəldikdə, ümumi təklif payında üç otaqlı mənzillər daha çox üstünlük təşkil edir, 30.48% . Növbəti yerləri isə müvafiq olaraq 2, 4, 1 və çox otaqlı mənzillər tutur.

Cari ilin I rübündə təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi Nəsimi rayonunun payına düşüb, 26%. Təklif edilən mənzillərin əksər hissəsi isə Xətai rayonunda satılıb, 15.82%.

Cari rüb ərzində daşınmaz əmlak bazarında aktivlik nisbətən artdığından təkrar yaşayış mənzilləri üzrə baş tutmuş alqı satqı əqdlərinin sayında ötən ilin son rübü ilə müqayisədə 2.45% artım qeydə alınıb. Bununla belə təkrar yaşayış mənzil bazarında əqdlərin sayı Bakı şəhəri üzrə baş tutumuş əqdlərin 86.4% sırf yaşamaq məqsədi ilə, digər 13.6% isə kirayə və ya digər məqsədlər üçün alınıb. Baş tutmuş alqı-satqı əqdlərinin böyük payı ekonom sinfi üzərinə düşür, 74.6%. Komfort və biznes siniflərinin üzərinə düşən pay isə müvafiq olaraq 19.1% və 6.3% təşkil edib.

Alıcıların maraq göstərdikləri mənzil sahələri isə aşağıdakı kimi formalaşmışdır:

• Ekonom sinif: 45-70 kv.m
• Komfort sinif: 70-100 kv.m
• Biznes sinif: 100-170 kv.m

Hesabatda qeyd edilib ki, cari rübdə daha çox 2 otaqlı evlər satılıb. Son rüb üzrə müşahidələr göstərir ki, təkrar yaşayış mənzil bazarında satışa təklif edilən yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti ötən ilin IV rübü ilə müqayisədə 4% azalaraq, 1030 $/кv.m (1750 AZN/кv.m) bəndində qərarlaşıb. O cümlədən:

• Ekonom sinif – 818 $/кv.m (2016-cı ilin IV rübü ilə müqayisədə↓-2,3% azalıb)
• Komfort sinif – 1417 $/кv.m (2016-cı ilin IV rübü ilə müqayisədə ↑+0,35% artıb)
• Biznes sinif – 2231 $/кv.m (2016-cı ilin IV rübü ilə müqayisədə ↑+1,38% artıb)

Ötən rüb ərzində təkrar yaşayış mənzil bazarında otaqlar üzrə orta təklif qiyməti hər kv.m.-ə görə azalma daha çox 2 otaqlı mənzillərdə müşahidə edilib, -5.3%. Mənzillər üzrə qiymətlərə gəldikdə isə bu seqment üzrə azalma daha çox 4 otaqlı mənzillərin payına düşüb, təklif qiyməti 0.66% azalaraq 160 430 $ təşkil edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Bakı   Mənzil   Əmlak  





Xəbər lenti