Bu dəfə 35 məsələ müzakirə olunacaq

Bu dəfə 35 məsələ müzakirə olunacaq
  19 Aprel 2017    Oxunub:1201
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası aprelin 25-də keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 35 məsələ daxildir.

Bunlar Azərbaycanın Türkiyə ilə imzaladığı hərbi maliyyə əməkdaşlığı haqqında sazişin ratifikasiyası, o cümlədən Vergilər, İnzibati Xətalar, Cinayət, Mülki, Əmək, Mənzil məcəllələrinə, habelə "Yol hərəkəti" haqqında, "Dövlət qulluğu" haqqında, "Məhkəmələr və hakimlər" haqqında, "Müflisləşmə və iflas" haqqında, "Dövlət rüsumu" haqqında, "Dərman vasitələri" haqqında, "Valyuta tənzimi" haqqında və s. qanunlara dəyişikliklər layihələridir.

AzVision.az


Teqlər: MilliMəclis   İclas  





Xəbər lenti