Ermənistan-İran "Azad İqtisadi Zona"sı iflas etdi: İran Azərbaycanı seçdi – TƏHLIL

Ermənistan-İran "Azad İqtisadi Zona"sı iflas etdi: İran Azərbaycanı seçdi – TƏHLIL
  18 Aprel 2017    Oxunub:26410
Ermənistan KİV-lərinin bu gün verdiyi məlumata görə, Ermənistan hökumətinin İranla sərhəddə yaradılması planlaşdırılan "Azad İqtisadi Zona" ideyasından imtina etməsi gözlənilir.
Maraqlıdır, erməni qəzetləri yazır ki, "Ermənistan imtina edir". Görəsən, Ermənistan nədən imtina edir: Yeganə çıxışından, boğulmaqda olan, iflic iqtisadi vəziyyətin bərpasından, yoxsa ümumiyyətlə, İranla əlaqələrindən?..

Ermənistanın daim irəli sürdüyü "Azad İqtisadi Zona" ideyası 90-cı illərdə də iqtisadi baxımdan əsas müzakirə edilən mövzulardan birinə çevrilmişdi. İlkin olaraq təxminən 30 milyon investisiya tələb edirən iqtisadi zona Ermənistanın Aqarak şəhərinə yaxın ərazidə yerləşməli idi. O zaman bu ideya İrana "Qobl planı"nın (ərazi mübadiləsi) qarşısını almaq üçün bir vasitə kimi lazım idi. Bu baxımdan, iqtisadi deyil, yalnız siyasi yöndən alətə çevrilən bu ideya İran tərəfindən uzadıldı, təxirə salındı və nəticədə donduruldu.

Ermənistan tərəfi layihənin dondurulmasının əsas səbəbi kimi Tramp administrasiyasının İranla münasibətləri gərginləşməsində görür. Təbii, İran-ABŞ münasibətlərinin kəskinləşməsi regionda hər bir beynəlxalq layihənin icrası üçün çətinliklər yaradır. Amma etiraf edək ki, bu çətinliklər 90-cı illərdə daha güclü idi və erməni həmkarlarımız sadəcə məsələnin digər üzünü - İranın artıq onları regionda tərəfdaş kimi qəbul etmədiyini, siyasi alət kimi daim istifadə olunduqlarını və nəticədə Azərbaycanın təsir imkanlarını qəbul edə bilmirlər.

Aydın perspektivləri olmayan, qeyri-müəyyən vəziyyətdə olan erməni layihəsinin dondurulmasının əsas səbəbi regionda formalaşan yeni əlaqələr, Azərbaycanın İranla yaratdığı səmərəli iqtisadi tərəfdaşlıq və bu prosesin hər iki ölkənin münasibətlərində yeni bir mərhələyə daxil olmasındadır.

Belə ki, İran ötən gün Bişkekdə keçirilən Avrasiya İqtisadi Birliyi ölkələrinin iclasında bu layihəyə rəsmi şəkildə öz münasibətini bildirdi. Ermənistan höküməti "Azad İqtisadi Zona" ideasının iqtisadi əsaslarını AİB ilə İran iqtisadi münasibətləri fonunda təşkil etməyə və layihəni reallaşdırmağa ümid edirdi. Lakin, AİB tərkində bu təşəbbüsün müəllifinin təşkilatda İranla yeganə sərhədlərə malik olan Ermənistanın olmasına, o cümlədən müqavilənin imzalanmasında ilk faydanı da Ermənistanın götürəcəyini bilən İran Bişkekdə keçirilən son gürüş zamanı rəsmi olaraq AİB və İran arasında (əslində Ermənistan-İran arasında) azad ticarət müqaviləsinin imzalanma prosesini dayandırdı.

Rusiya Baş nazirinin birinci müavini İqor Şuvalov jurnalistlərlə müsahibəsində, müqavilə ilə bağlı İranın cavabının AİB ölkələrini qane etmədiyini bildirərək əlavə şərh verməkdən imtina etdi. Nəticədə, son dövrlərdə Azərbaycanın İranla genişlənən ticarət əlaqələri, dəmiryol xətlərinin yenidən qurulması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və İpək Yolu beynəlxalq layihələri çərçivəsində sıx əməkdaşlığı və aparılan layihələrin tezliklə icrası İranı yenidən bu layihəyə baxmağa məcbur etdi. Nəhayət, İran iqtisadi potensialı, məaliyyəsi, o cümlədən Qərbə çıxış resursları olmayan Ermənistan əvəzinə, Azərbaycanın yanında yer aldı.

Şahin Qocayev
AzVision.az


Teqlər: Azərbaycan   İran   Ermənistan  





Xəbər lenti