Azərbaycanın müdafiə naziri İranda hərbi sərgidə - Fotolar

Azərbaycanın müdafiə naziri İranda hərbi sərgidə - Fotolar
  16 Aprel 2017    Oxunub:2134
İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti aprelin 16-da Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində olub.
Bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.

Sərgi ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov "Xatirə kitabı"nı imzalayıb.





AzVision.az



Teqlər: Müdafiənaziri   İran   ZakirHəsənov  





Xəbər lenti