Zakir Həsənov İrana gedib

Zakir Həsənov İrana gedib
  15 Aprel 2017    Oxunub:4601
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyindən AzVision.az-a bildirilib ki, səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.

AzVision.az


Teqlər: Müdafiənaziri   ZakirHəsənov  





Xəbər lenti